İsrailin raket əleyhinə müdafiə raketlərinin ehtiyatı tükənmək üzrədir.
KONKRET.az xəbər verir ki, ABŞ-ın nüfuzlu The Washington Post qəzetinin yaydığı məlumata görə, İsrail İranla davam edən gərgin qarşıdurma fonunda bahalı raket əleyhinə müdafiə sistemlərinin ehtiyatlarını sürətlə tükədir. ABŞ və İsrail kəşfiyyatının qiymətləndirmələrinə əsaslanan məlumatda bildirilir ki, əgər İran indiki hücum tempini saxlayarsa, İsrailin raketdən müdafiə qabiliyyəti maksimum 10–12 gün davam edə bilər.
Mənbənin sözlərinə görə, bu problemi aradan qaldırmaq üçün İsrailə ABŞ-dan təcili hərbi dəstək və əlavə silah tədarükü lazımdır.
Eyni zamanda, İsrailin aparıcı maliyyə qəzeti The Marker qeyd edir ki, ölkənin hava hücumundan müdafiə sistemi təkcə bir gecəyə 1 milyard şekelə (təxminən 285 milyon ABŞ dolları) başa gəlir.
Natiq Səlim,
KONKRET.az