ABŞ rəhbərliyi prezident üçün nəzərdə tutulan xüsusi Boeing 747-8 təyyarəsinin yenidən qurulması məqsədilə demək olar ki, 1 milyard dolları nüvə silahlarının modernizasiyası üçün ayrılmış büdcədən götürüb. Bu barədə “The New York Times” məlumat yayıb.
KONKRET.az xəbər verir ki, qeyd olunur ki, Qətər tərəfindən hədiyyə edilən və gələcəkdə prezidentin istifadə edəcəyi bu təyyarənin təmiri üçün 934 milyon dollar vəsait ayrılıb. Sözügedən məbləğ ABŞ-ın yerüstü nüvə başlıqlarının buraxılış sistemlərinin yenilənməsini nəzərdə tutan Sentinel proqramının büdcəsindən götürülüb.
Natiq Səlim,
KONKRET.az