ABŞ öz vətəndaşlarına Suriyanı tərk etmələrini tövsiyə etdibackend

ABŞ öz vətəndaşlarına Suriyanı tərk etmələrini tövsiyə etdi

ABŞ səlahiyyətliləri gözlənilməz təhlükəsizlik vəziyyəti ilə əlaqədar bütün amerikalılara Suriyanı dərhal tərk etməyi tövsiyə edir.

KONKRET.az xəbər verir ki,  bu barədə ABŞ-nin Dəməşqdəki səfirliyi məlumat yayıb: “Silahlı qarşıdurma və terrorizm səbəbiylə Suriyada təhlükəsizlik vəziyyəti qeyri-sabit və gözlənilməz olaraq qalır. ABŞ vətəndaşları mümkünsə Suriyanı tərk etməlidirlər”.

Eyni zamanda ABŞ səfirliyi bu və ya digər səbəbdən Suriyanı tərk edə bilməyən həmvətənlərinə fövqəladə vəziyyətlərə hazır olmalarını tövsiyə edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*