Amerika Birləşmiş Ştatları bir neçə Qırğızıstan şirkətinə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayındığı üçün sanksiya tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Terrorizmin Maliyyələşdirilməsi və Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin nümayəndəsi Uorren Rayan məlumat verib.
O bildirib ki, iyulun 12-də Amerika və qlobal maliyyə sistemlərinə giriş iki firma üçün bağlanıb. Bu qərar onların qeyri-qanuni satınalmalarda iştirakı və Rusiya hərbi sənaye bazasına təchizatla bağlı sanksiyalardan yayınması səbəbindən qəbul edilib.
Burhan,
KONKRET.az