“ABŞ Rusiya ilə Şimali Koreya arasında münasibətlərin inkişafına mane olacaq”backend

"ABŞ Rusiya ilə Şimali Koreya arasında münasibətlərin inkişafına mane olacaq"

“ABŞ Rusiya ilə Şimali Koreya arasında münasibətlərin inkişafına mane olacaq”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink deyib.

Onun sözlərinə görə, Vaşinqton Cənubi Koreya və Yaponiya ilə ikitərəfli əməkdaşlığı gücləndirəcək.

“Bundan əlavə, biz Rusiya ilə KXDR arasında ticarəti asanlaşdıranlara qarşı tətbiq etdiyimiz sanksiyaları gücləndirməliyik”, – Krietenbrink Nümayəndələr Palatasındakı dinləmələrdə əlavə edib.

Eyni zamanda o, əlavə edib ki, ABŞ KXDR ilə danışıqlara hazırdır. “Dialoq üçün qapı açıq qalır. Təəssüf ki, Pxenyandan aldığımız yeganə cavab raket buraxılışları və digər təxribat xarakterli hərəkətlər olub”, – deyə dövlət katibinin köməkçisi bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*