ABŞ Rusiya sərhədinə bomba atdı — DETALLARbackend

ABŞ Rusiya sərhədinə bomba atdı — DETALLAR 

ABŞ-ın B-2 strateji bombardmançı təyyarəsi Rusiyanın Arktika sərhədindən cəmi bir neçə yüz kilometr aralıda Norveçin şimalında gəmi əleyhinə silahları sınaqdan keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, B-2 bombardmançı təyyarəsi yerüstü hədəflər üçün hazırlanmış qabaqcıl “QUICKSINK” idarə olunan sursatlardan istifadə edib.

Eyni zamanda, sınaqlar zamanı iki növ silahdan istifadə edilib: 500 funtluq GBU-38 bombası və 2000 kiloqramlıq GBU-31 bombası.

Qeyd edək ki, yeni sistem həm stasionar, həm də mobil dəniz hədəflərini effektiv şəkildə vurmağa imkan verən təyinat başlığı ilə təchiz edilib.

Dəniz Pənahova 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*