ABŞ-ın Rusiyadakı səfirliyi Amerika vətəndaşlarını Qələbə Günü münasibətilə Moskvada keçirilən kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb.
KONKRET.az xəbər verir ki, müvafiq məlumat diplomatik nümayəndəliyin saytında dərc olunub.
Səfirlik diqqəti ötən illərdə Moskvada 9 May münasibəti ilə keçirilən tədbirlərin polis qüvvələrinin çox olması ilə müşayiət etdiyinə yönəldib: “Davam edən gərginliyi nəzərə alaraq, ABŞ vətəndaşları böyük ictimai tədbirlərə baş çəkməkdən çəkinməlidirlər”, – bəyanatda deyilir.
Diplomatik missiya amerikalılara ayıq-sayıq olmağı, özləri ilə şəxsiyyət vəsiqəsi daşımağı, həmçinin gözlənilməz hallar zamanı hərəkət planını nəzərdən keçirməyi tövsiyə edib.//AzVision.az