ABŞ Rusiyadan gələn təhlükələrə qarşı tədbirlərə başlayır – ŞOK PLANbackend

ABŞ Rusiyadan gələn təhlükələrə qarşı tədbirlərə başlayır - ŞOK PLAN

ABŞ Prezidenti Donald Tramp, Hindistanın Rusiyadan neft idxalına görə bu ölkədən gətirilən mallara əlavə 25% rüsum tətbiq olunmasını nəzərdə tutan fərman imzalayıb. Bu barədə Ağ Ev məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Rəsmi Vaşinqtonun qərarı, Hindistanın Rusiya neftinə embarqo qoymaqdan imtina etməsi və ABŞ diplomatlarına “Hindistan müstəqil dövlətdir” cavabını verməsindən sonra qəbul edilib.

Qeyd olunur ki, Çin də Rusiya neftinin əsas alıcılarından biridir, lakin Tramp hələlik Pekinə qarşı oxşar addım atmaqdan çəkinir.

Yeni tariflər ABŞ-Hindistan münasibətlərində gərginliyi artırmaqla yanaşı, qlobal enerji bazarında balansı da dəyişə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*