“ABŞ Konqresində Rusiyaya qarşı dağıdıcı sanksiya qanun layihəsi hazırdır və “yaşıl işığ”ın yanmasını gözləyir”.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Bloomberg”ə müsahibəsində deyib.
O, ABŞ Prezidenti Donald Trampın bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.
Uitaker həmçinin bildirib ki, Avropa ölkələri Rusiyaya qarşı daha aqressiv mövqe tutmalıdır. O, Ukraynanın maliyyələşdirilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadənin bir neçə il ərzində həm iqtisadi, həm də hərbi baxımdan azalan maliyyələşməni gücləndirmək üçün “əhəmiyyətli addım” sayır.
Ağ Evin yüksək vəzifəli mənbəsi bu həftə bildirib ki, Tramp Rusiyaya qarşı daha sərt sanksiya layihəsini təsdiqləməyə hazırdır.
