Amerika qırıcısı Suriyadakı ABŞ kontingentinin mövqeləri yaxınlığında uçan Türkiyəyə məxsus hücum pilotsuz təyyarəsini vurub.
KONKRET.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü briqada generalı Pat Rayder bildirib.
Məlumata görə, Türkiyə pilotsuz təyyarələrinin ABŞ hərbçilərinin yerləşdiyi yerdən təqribən bir kilometr aralıda görüntülənib. Bir neçə saat sonra isə türk PUA-sı Amerika mövqelərindən yarım kilometr məsafədə uçub.
Təhlükə olaraq qəbul edildiyindən PUA F-16 qırıcısı tərəfindən vuruldu.
“Bizdə Türkiyənin ABŞ qüvvələrinə qəsdən hücum etdiyinə dair heç bir sübut yoxdur”, – Rayder qeyd edib.
Türkiyə Müdafiə Nazirliyindən Reuters-ə bildirilib ki, vurulan pilotsuz təyyarə Türkiyə silahlı qüvvələrinə aid deyil.
Ariz Həsənoğlu,
KONKRET.az