ABŞ texnologiya nəhəngi Rusiyanı TƏRK EDİRbackend

ABŞ texnologiya nəhəngi Rusiyanı TƏRK EDİR

ABŞ-ın texnologiya şirkəti IBM Ukraynadakı münaqişə səbəbindən Rusiya bazarından çıxmağı planlaşdırır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin Rusiyada yerləşən saytında “Bu xidmət artıq mövcud deyil” mesajı göstərilib.

“Biz Rusiyadakı bütün əməliyyatları dayandırdıq” – deyə şirkətin baş direktoru Arvind Krişna bildirib.

Qeyd edək ki, martın əvvəlində IBM Rusiyada kommersiya fəaliyyətini, proqram təminatının satışını və müdafiə şirkətləri ilə əməkdaşlığı dayandırdığını elan edib.

Bununla belə, ABŞ şirkəti ən çox zərərçəkmiş bölgələrə dəstək verməyə davam edəcəyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*