“Vaşinqtonla Tbilisi arasında siyasi gərginlik yeni səviyyəyə çatır. Belə ki, ABŞ Gürcüstana 95 milyon dollar məbləğində maliyyə yardımı layihəsini dayandırıb. Buna səbəb kimi Gürcüstan hakimiyyətinin “anti-demokratik siyasəti” göstərilir.
ABŞ dövlət katibi Entoni Blinken Gürcüstana pul yardımının ayrılmasını dayandırdığını elan edərək, Gürcüstanın hazırkı rəhbərliyinin hərəkətlərinin Aİ və NATO-ya üzvlük normaları ilə bir araya sığmadığını vurğulayıb. Eyni zamanda, Blinken hansı antidemokratik siyasətin ifadə edildiyi barədə konkret məlumat verməyib?”
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Andranik Ovannisyan vurğulayıb.
“Vaşinqton nəyə nail olmağa çalışır?” sualına erməni ekspert belə cavab verib:
“Görünən odur ki, ABŞ və Aİ bu ilin oktyabrında keçiriləcək və gələcək üçün strateji əhəmiyyət kəsb edə biləcək parlament seçkiləri ərəfəsində daxili siyasi proseslərə təsir etmək məqsədilə Gürcüstanla münasibətlərdə gərginlik dərəcəsini artırırlar. Gürcüstanın xarici siyasətinin inkişafı bu ölkələri çox maraqlandırır”.
Natiq Səlim,
KONKRET.az