ABŞ və İranın gizli sövdələşmələri rusların gözündən yayınmır – ŞƏRHbackend

ABŞ və İranın gizli sövdələşmələri rusların gözündən yayınmır - ŞƏRH

İran və Rusiyanın gizli iş birliyi bəzi platformalarda açıqlansa da, hələlik öz təsdiqini tapmayıb. İndi isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu barədə danışıb.

O, TASS-a açıqlamasında İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair gizli danışıqlar nəticəsində Vaşinqton və Tehran arasında müəyyən razılığın əldə oluna biləcəyini istisna etməyib:

“Əvvəllər ABŞ və İranın qapalı rejimdə dolayı əlaqə saxladığının şahidi olmuşuq. İndi də belə təmasların elementlərini sezmək mümkündür”, – deyə Ryabkov bildirib.

Rusiya xarici siyasət idarəsinin rəsmisi daha sonra əlavə edib ki, ABŞ-ın bu hərəkətlərindən narahatdırlar və Rusiya baş verənlərdən müvafiq nəticələr çıxaracaq.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*