ABŞ vitse-prezidenti: “Ukrayna ilə bağlı danışıqlar çıxılmaz vəziyyətdədir”backend

ABŞ vitse-prezidenti: “Ukrayna ilə bağlı danışıqlar çıxılmaz vəziyyətdədir”

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukrayna ilə bağlı danışıqların dalana dirəndiyini bəyan edib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, Rusiya Prezidenti Vladimir Putin münaqişədən çıxış yolunu bilmir, aydın strategiyaya malik deyil və əslində sülh istəyib-istəmədiyi də sual altındadır.

Vensin sözlərinə görə, sabiq prezident Donald Tramp Putinə iqtisadi güzəştlər və Qərblə münasibətlərin bərpasını təklif edərək sülhə nail olmağa çalışır. Tramp uzanan müharibədən bezib və atəşkəsə nail olmaq niyyətindədir. Bildirilir ki, o, artıq Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb və daha sonra Vladimir Putinlə telefon əlaqəsinə keçib.

Almaniyanın Bild nəşrinin məlumatına görə, Rusiya Ukrayna ordusunun dörd vilayətdən çıxarılmasını, Qərb yardımının və Ukraynada səfərbərliyin dayandırılmasını tələb edir. Vaşinqton isə Trampın Putini bu tələbləri yüngülləşdirməyə inandıracağına ümid edir.

Kreml sözçüsü Dmitri Peskov isə Tramp və Putinin hələlik üzbəüz görüş planının olmadığını bildirib. Onun sözlərinə görə, sülh yolu ilə nizamlanma uzunmüddətli və ciddi səylər tələb edəcək.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*