ABŞ vitse-prezidenti Zelenski ilə davasından DANIŞDI: “Əsəbiləşdim, çünki…”backend

ABŞ vitse-prezidenti Zelenski ilə davasından DANIŞDI: "Əsəbiləşdim, çünki..."

Vens Ağ Evdə Zelenski ilə mübahisə zamanı yaşadığı təcrübələrdən söz açıb.

KONKRET.az xəbər verir ki, ABŞ vitse-prezidenti J.D. Vens Zelenski ilə mübahisəsinin siyasi karyerasının ən çox ictimailəşdirilən hadisəsi olduğunu etiraf edib.

O, bu barədə “The New York Post” qəzetinə verdiyi müsahibədə danışıb.

“Zelenski ilə 28 fevralda yaşanan mübahisə yəqin ki, həyatımda ən çox ictimailəşdirilən hərəkət idi. O an əsəbiləşdim, çünki mənə qarşı sərt davranıldığını hiss etdim”, – Vens bildirib.

Amerika vitse-prezidentinin sözlərinə görə, Oval ofisə gələn hər hansı xarici lider qaydalara əməl etməli və olduğu yerə hörmət qoymalıdır.

Müşviq Tofiqoğlu 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*