ABŞ Yaxın Şərqə onlarla hava hücumundan müdafiə sistemi yerləşdirəcəkbackend

ABŞ Yaxın Şərqə onlarla hava hücumundan müdafiə sistemi yerləşdirəcək

ABŞ İraq, Suriya və Fars körfəzinin bir neçə ölkəsinə onlarla hava hücumundan müdafiə sistemi yerləşdirəcək. 

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”  məlumat yayıb.

Məlumata görə, Pentaqon Səudiyyə Ərəbistanına Terminal Yüksək Hündürlük Sahəsindən Müdafiə (THAAD), Küveyt, İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə isə Patriot yer-hava raket sistemləri göndərib. Sistemlərin həftənin sonunda istifadəyə veriləcəyi gözlənilir.

ABŞ Müdafiə Nazirliyinin (DOD) mətbuat katibi Patrik Rayder daha əvvəl bildirmişdi ki, ABŞ ordusu Yaxın Şərqə THAAD batareyası və əlavə Patriot sistemləri yerləşdirir.

Qeyd edək ki, oktyabrın 22-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu silahların Yaxın Şərqə yerləşdirilməsi ilə bağlı göstəriş verib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*