ABŞ yeni strateji bombardmançını TƏQDİM ETDİ – VİDEObackend

ABŞ yeni strateji bombardmançını TƏQDİM ETDİ - VİDEO

ABŞ Hərbi Hava Qüvvələri 34 ildən sonra nüvə silahı daşıya bilən yeni nəsil “B-21 Raider” strateji bombardmançı təyyarəsini nümayiş etdirib.

KONKRET.az Defense news”a istinadən xəbər verir ki, mərasim Kaliforniya ştatının Palmdeyl şəhərindəki “Northrop Grumman Corporation” zavodunda baş tutub.

Tədbirdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin də iştirak edib.

Məlumata görə, təyyarə gizli texnologiyadan istifadə edilməklə istehsal edilib. Onun dünyanın ilk altıncı nəsil bombardmançısı olduğu iddia edilir.

Bildirilib ki, “B-21 Raider” İkinci Dünya Müharibəsi zamanı Pörl-Harbora hücuma cavab olaraq Yaponiyaya qarşı bombardman əməliyyatına komandanlıq etmiş polkovnik-leytenant Ceyms Dulitlin şərəfinə adlandırılıb.

Qeyd olunub ki, təyyarə 2023-cü ildə havaya qalxacaq, ilk yerləşdirmə yeri ABŞ Hərbi Hava Qüvvələrinin Ellsworth (Cənubi Dakota) bazası olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*