Abşeronda dələduzluqda şübhəli bilinən şəxslər saxlanıldıbackend

Abşeronda dələduzluqda şübhəli bilinən şəxslər saxlanıldı

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin bank kartlarından ümumilikdə 1420 manat pul oğurlamaqda, 10 nəfərin isə 2500 manata yaxın vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 24 yaşlı S.Abbasov müəyyən olunaraq saxlanılıb.

KONKRET.az DİN-ə istinadən xəbər verir ki, digər əməliyyat tədbirləri ilə daha 6 nəfərin ümumilikdə 9000 manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 51 yaşlı Ş.Alxasov və 44 yaşlı V.Əliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*