Bakıda tikilən yeni metro belə olacaq – GÖRÜNTÜLƏRbackend

Bakıda tikilən yeni metro belə olacaq - GÖRÜNTÜLƏR

Bakı Metropoliteninin B-04 stansiyasının tikintisi davam edir. 

KONKRET.az xəbər verir ki, yeni stansiyanın layihəsi yerli şirkət tərəfindən hazırlanıb.

Layihədə stansiyaya şərti olaraq “Qələbə” adı qoyulub, lakin stansiyanın rəsmi adı hələ açıqlanmayıb.

Yeni stansiya bənövşəyi xəttinin üzərində yerləşəcək və “8 Noyabr” stansiyasından sonra gələcək. Metrostansiya şəhər nəqliyyatının inkişafına müsbət təsir edəcək və bu xəttin genişlənməsinə imkan yaradacaq.

Stansiyanın dizaynı müasir üslubda hazırlanıb və görkəmli arxitektur üslubla inşa edilir.

Xatırladaq ki, “B-04” metrostansiyası 2025-ci ilin birinci yarısında hazır olması planlaşdırılır./milliaz

  • Samir
    Dekabr 7, 2024 - 07:51

    Çox mənasız yerdə tikilib. Ehtiyac olunmayan yerdə metro tikmək nəyə lazımdır?

    • Toğrul
      Dekabr 7, 2024 - 11:41

      Ondansa hövsana mərdəkan tərəfə açılsa xırdala açılsa ondan yaxşı idi

    • Kifayat
      Dekabr 7, 2024 - 13:22

      Harda deyin zəhmət olmasa?

  • Elmar
    Dekabr 7, 2024 - 15:56

    Masazira da tikin

    • Ali
      Dekabr 7, 2024 - 23:30

      Qaqa orda deyillər alınmır Masazıra kimi gərək neçəsini tikməlidirlər uzaqdı yoxsa

  • Rashad
    Dekabr 8, 2024 - 01:44

    Heyif O qədər sərmayə dövlət büdcəsindən ayrılır lazımsız yerlərə heç olmasa zığda açıla şəhərin tıxaclarin azalda mənasız yerlərdə nəyə lazimdir

  • X-man
    Dekabr 8, 2024 - 07:23

    Xırdalanda da açın! Çox ehtiyac var. Bakı-Sumqayıt yolu həftənin 7-günü tıxaçdır…

  • Nahid
    Dekabr 8, 2024 - 09:49

    Binəqədi Mehdiabada cəkilsə daha yaxşı olar nəyə lazımdı şəhər içi metrolar bir azda ətrafa baxın Binəqədi Mehdiabad Xırdalan Mərdəkan Buzovna

  • Namiq
    Dekabr 8, 2024 - 10:38

    Binə qəsəbəsine açılsa yaxşı olar

  • Aysel
    Dekabr 8, 2024 - 12:42

    Rəylərə baxıram düz deyir insanlarımız,razıyam.Xırdalan,Masazır,Zığ,Mərdəkan,Günəşli və s.bu istiqamətlərdə olsa əla olar.İnsanlara daha çox fayda verər

  • Günay
    Dekabr 8, 2024 - 12:45

    Guya dehşet iş görüblər də.Ondansa Xırdalan, Mərdəkan falan var.Bunu fikirləşən ya çox ağıllıdı,yada bilmir dövlətin pulların hara səpələsin

    • Niko
      Dekabr 8, 2024 - 22:36

      Razıyam

  • İlham
    Dekabr 8, 2024 - 14:24

    Korogludan zabrata
    Zabratdan məhəmmədiyə
    Məhəmmədidən pirsagiya
    Acilsa əla olar.Gunun cox saati həmin yol probkayla dolu olur.

    • Leyla
      Dekabr 8, 2024 - 22:19

      Mehdiabada .pirsagiya acilsin

  • Ali.Salamov
    Dekabr 9, 2024 - 11:13

    Salam Masazirda ve Xirdalanda metro acilsa haminin cani qurtarar cox probkadi yollar seher ve axsam gedib eve carmack olmur 2 saat her gun masazirdan 28 maya getmek olar adice masazirdan vagzal metrosuna 1 saatdan cox vaxt gedir catirsan avtobusla cox Zehmet olmasa Masazir terefe metro cekin .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*