Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilərbackend

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

Abşeron rayonu, Digah qəsəbəsində 53 yaşlı qadına qarşı qəddar fiziki zorakılıq və qarət hadisəsi baş verib.

KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, 1972-ci il təvəllüdlü Nəzakət Musayeva yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb. Zərərçəkənin dediyinə görə, həmin şəxs ondan su istəyib. Musayeva su gətirib verdikdən sonra kişi qəfil şəkildə onun boyun nahiyəsinə zərbə endirib, daha sonra isə qulağındakı sırğaları çıxararaq hadisə yerindən qaçıb.

Qadın baş, boyun və üz nahiyəsindən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Zərərçəkən bildirib ki, onu döyən şəxs narkotik maddə aludəçisidir

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Təfərrüatlar bəlli olduqca məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*