Abşeronda qadının 3 minlik telefonunu əlindən aldılarbackend

Abşeronda qadının 3 minlik telefonunu əlindən aldılar

Abşeronda quldurluq hadisəsi olub.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Əliyev Zaur Rasim oğlu naməlum 3 nəfərlə birgə gecə saat 2 radələrində küçədə Adıgözəlov Adil Mübariz oğlu və Ağayeva Günel malik qızına hücum ediblər.

A.Adıgözəlovun cibindən 400 manat pulu və G.Ağayevanın 3 000 manat dəyərində “iPhone 13 Pro Max” markalı telefonunu basqın etmək yolu ilə əllərindən alınıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*