Abxaziya üçün “Qarabağ varinatı”backend

Abxaziya üçün “Qarabağ varinatı

Azərbaycanın bu cür mürəkkəb zamanda üç il ərzində ərazi bötüvlüyünü tam bərpa etməsinə indi bir çox xristian ölkələri həsəd aparır, anlamağa çalışırlar ki, bu uğur necə əldə edildi? 

İllərlə  özümüzü o yalanla ovutmuşduq ki, bəs, dünyada xristian birliyi heç vaxt Qarabağ problemini Azərbaycanın xeyirinə həll etməyə imkan verməz.  Əlbəttə, yüz illərin sınağından çıxmış xristian təəssübkeşliyini inkar etmək də olmazdı. Amma yaxın ətrafımızda baş verən ərazi münaqişələri də göstərdi ki, xristian birliyi ilə bağlı deyilənlər o qədər də ciddi arqument deyil.

9D282A59-3F2E-44E0-BAA8-30818B8770DC_w1200_r1.jpg (121 KB)

Xristian Gürcüstan neçə illərdir separatizmdən əziyyət çəkir, Abxaziya və Cənubi Osetiya 30 ilə yaxındır faktiki “müstəqilliyini” elan edib. Rusiya-Ukrayna müharibəsi isə ümumiyyətlə, iki xristian qardaşın torpaq savaşıdır. Azərbaycanın cür mürəkkəb zamanda üç il ərzində ərazi bötüvlüyünü tam bərpa etməsinə indi bir çox xristian ölkələri həsəd aparır, anlamağa çalışırlar ki, bu uğur necə əldə edildi? O səbəbdən xüsusilə Gürcüstanda ən aktiv müzakirələr bu yöndə gedir. Necə edək ki, ölkənin inkişafını hərtərəfli əngəlləyən separatizmə son qoyulsun?

Separatimzə son qoymaq cəhdinin 2008-ci ilin avqustunda Gürcüstana baha başa gəldiyini unutmamışıq. 2008-ci ildəki 5 günlük müharibənin nəticələrinə görə Rusiya separatçı bölgələri müstəqil “dövlət”kimi tanıdı, bu gün də Gürcüstanın hər iki bölgəsi Moskvanın “effektiv nəzarəti” altındadır.

4480726106ac8f5d221a8a3de9c29f0f.jpg (513 KB)

Gürcüstan prezidenti son çıxışlarında bəyan edir ki, Rusiya işğal olunmuş torpaqlardan geri çəkilməlidir. Hökumət isə ölkənin konstitusion birləşməsi(mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. Baş nazir Qaribaşvili deyib ki, ölkənin yaralarını sağaltmaq istəyirlər: “Ölkəmizin birləşməsi halında biz Abxaziyaya ilk üç ildə təxminən 10 milyard dollar sərmayə qoya bilərik. Abxaziya ikinci Monakoya, Suxumi isə ikinci Monte Karloya çevirə bilərik” deyə, Gürcüstanın baş naziri söz verib.

Vladimir Putin nə qədər imperialist düşüncəli olsa da, onu da anlayır ki, keçmiş sovetlər birliyini bir bayraq altında birləşdirmək “ölünü diriltmıək kimi” möcüzə olar. O səbəbdən Gürcüstanın Rusiyanın nüfuz dairəsinə qayıtmayacağını anlamayacaq qədər ağlını itirməyib. Tiflis də gələcəyini Qərb modelinə uyğun görür. Avropa Birliyinin Gürcüstanı üzvlüyə namizəd kimi sıraya götürməsi hələ heç nə demək deyil. Gürcüstan indi səy göstərir ki, separatçı bölgələrlə məsələsini yenidən beynəlxalq gündəmə qaytarsın. Bu məsələ də kollektiv Qərblə Rusiya arasında qaçılmaz olan gələcək danışıqlarda “böyük sövdələşmə” paketinə daxil olsun.

vvv-850x536.jpg (68 KB)

Zatən Moskva indi Abxaziyanın “müstəqil dövlət” kimi fəaliyytətinə dəstək verə də bilmir, çünki bu, həm qonşu Şimali Qafqaz, həm də Rusiyanın  tərkibindəki Tatarıstan və Başqırdıstan kimi milli muxtariyyətlərə pis nümunə ola bilər. Abxaziyanın “müstəqilliyi” necə deyərlər, Rusiyanın özünün ərazi bütövlüyü üçün saatlı bombadır. Demək, Rusiya bu cür siyasəti davam etdirərsə, nə Abxaziya münaqişəsinin nəticələrdən qazancı olacaq, nə  Qafqazda istədiyi mövqeyə. Rusiya Qarabağ münaqişəsi təcrübəsindən onu da öyrəndi ki, güc həmişə effektiv deyil, diplomatiya da güclü silahdır. Putinin “ Qarabağdan biz yox, Erməınistan çıxdı” fikrinin bir mənası da diplomatiyanın üstünlüyünə işarədir. Sürətlə dəyişən qlobal mühitə indi nə qədər qəribəı səsləndə də, ən yaxşı adaptasiya edən Rusiyadır. Moskva  Gürecüstanın ərazi məsələsinin həllini də  müəyyən “imkanlar pəncərəsi”çərçivəsində görməlidir.

Gürcüstan 2 muxtar respublikadan və 9 diyardan ibarətdir. Muxtar respublikalara Acarıstan və Abxaziya aiddir. Onların hər ikisi sovet dövründə yaradılmış və müasır Gürcüstan Konstitutsiyası tərəfindən tanınırlar. Separatçı Cənubi Oseütiya isə administrativ olaraq Şida Kartli regionuna daxildir.

Rusiya Ukrayna müharibəsindən salamat çıxa bilsə, qarşıdakı aylarda Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarına mütləq düzəliş etmək məcburiyyətdə qala, ən azı bunun yollarını axtara bilər. Separatçı bölgələrin parlament səviyyəsində “tanınması” hələ heç nə demək deyil, beynəlxalq hüququ olmayan kağız parçasıdır. Rusiya Gürcüstan və bu separatçı regionlarla  həmsərhəddir, ona görə də  bu ərazilərdə mövcudluğu Moskva onlara  dəstəkdən imtina edənə qədərdir. Rusiya Ermənistandan dəstəyini çəkən kimi Qarabağda nələr baş verdiyini gördük.

абхазия-южная-осетия-грузия-кавказ.jpg (174 KB)

Belə ehtimallar var ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar da var. Bəlkə də Türkiyə də o danışıqlar masasındadır, ya da olacaq. Rusiyanın Türkiyədən keçən  qaz xabı  Ankaranın Moskvaya sözünü keçərmək üçün yetkilərini artıracaq. Türkiyə regionda daha çox şeyi həll edəcək, buna sözsüz ki, Gürcüstanın ərazi məsələləri də daxildir.

Rusiya Ukrayna ilə müharibəyə başlamasaydı, Gürcüstanın Moskva ilə ərazilərlə bağlı danışıqlar aparmasının bəlkə də mənası olmazdı. Bu  işğalçı müharibə Rusiyanı çətin vəziyyətə salıb ki, bundan çıxış yolu axtarmaq Abxaziya məsələsində də müəyyən irəliləyişə səbəb ola bilər. Əlbəttə, gürcü qaçqınların separatçı bölgələrə qayıtması ən ciddi problemdir. Söhbət 250 mindən çox qaçqından gedir…

Госдеп-прокомментировал-признание-Сирией-суверенитета-Абхазии-и-Южной-Осетии.jpg (162 KB)

Yada salaq ki, 1993-cü il iyulun 27-də Soçidə Rusiyanın vasitəçiliyi ilə Abxaziyada atəşkəs haqqında üçtərəfli sülh sazişi imzalanmışdı. Sənəd gürcü qoşunlarının çıxarılmasını və qeyri-qanuni abxaz birləşmələrinin ləğvini, beynəlxalq müşahidəçilərin və sülhməramlıların ölkəyə gətirilməsini, habelə münaqişənin tam miqyaslı nizamlanması üzrə BMT-nin himayəsi altında danışıqların aparılmasını nəzərdə tuturdu.

Lakin separatçılar və Kreml atəşkəsi pozaraq bütün Abxaziyanı ələ keçirdilər və gürcü əhalisinə qarşı amansız etnik təmizləmə apardılar.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*