Acınacaqlı vəziyyətdə təhsil alan şagirdlər – VİDEObackend

Acınacaqlı vəziyyətdə təhsil alan şagirdlər - VİDEO

Uçuq-sökük tavan, sınıq-salxaq pəncərələr, çürüyüb dağılan döşəmə, qırılan partalar…

KONKRET.az xəbər verir ki, Quba rayonunun Çiçi kənd tam orta məktəbi qəzalı vəziyyətdədir. Hal-hazırda məktəbdə 107 şagird təhsil alır. Təhsil ocağı o qədər yararsız vəziyyətdədir ki, valideyinlər övladlarını məktəbə göndərməkdən imtina edirlər.

Divardakı iri çatlar şagird və müəllimlərin həyatının hər an təhlükədə olduğundan xəbər verir. Dam örtüyü sıradan çıxdığından yağış yağanda sinif otaqlarına su damır. Elə bu səbəblərə görə soyuq havalarda şagirdlərin davamiyyəti azalır.

Bu barədə ARB TV- nin  “Günə Son” verilişində sujet efirə gedib.

Daha ətraflı video məlumatı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*