Adnan Oktarın həbsxanadan çəkilmiş FOTOsu gündəm oldubackend

Adnan Oktarın həbsxanadan çəkilmiş FOTOsu gündəm oldu

Ötən il Türkiyədə 8 min ildən artıq müddətə həbs cəzası alan Adnan Oktarın həbsxanada çəkilmiş şəkli sosial şəbəkə istifadəçiləri arasında böyük əks-səda doğurub.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, Oktarın şəklini onun vəkili paylaşıb.

Şəkildə onun xarici görünüşünün gözlənilənin əksinə, sanki gəncləşdiyi görülür. Onun səhhətinin də yaxşı olduğu müşahidə edilir.

Xatırladaq ki, məhkəmə Adnan Oktarı 2024-cü ilin iyulunda “cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək”, “cinsi istismar” və “cinsi xarakterli zorakılıq hərəkətləri” və s. maddələr üzrə təqsirli bilərək ona 8 463 il 4 ay müddətinə həbs cəzası vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*