“Aeroflot”un təyyarələri sökülür – SƏBƏBbackend

“Aeroflot”un təyyarələri sökülür - SƏBƏB

Rusiyanın “Aeroflot” aviaşirkətinin təyyarələrinin təxminən dörddəbiri, yəni 50-si fəaliyyətsizdir və uçuşlar həyata keçirmir.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, təyyarələrdən 25-i detallara ayrılacaq. İstismara yararlı hissələr onlardan söküləcək və digər təyyarələrə quraşdırılacaq. Daha 18 hava gəmisi isə texniki xidmətdədir və təmiri gözləyir. Modernləşdirmə ləng gedir, çünki şirkətdə relslər, faralar, havaqəbuledici köməkçi güc blokları, oksigen generatorları və mühərriklər çatışmır.

Bundan başqa, əyləc qurğularında da problemlər var, çünki müxtəlif təyyarələr üçün nəzərdə tutulan hissələr azdır.

Məsələn, “Boeing-737”lərdən biri baqaj bölməsinə civə töküldüyünə görə anbardadır. “Airbus-350” ehtiyat təkərləri olmadığı üçün havaya qalxmır. Aviaparkın bəzi təyyarələri həbs edilib və uça bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*