Xalq artisti Afaq Bəşirqızının ağır xərçəng xəstəliyindən əziyyət çəkən aktyor Novruz Qartal haqqında fikirləri cəmiyyətdə böyük qınağa səbəb olub.
KONKRET.az xəbər verir ki, buna səbəb onun həmkarı Novruz Qartalın səhhətindən danışarkən dediyi sözlər olub.
Belə ki, aktrisa yenisabah-a açıqlamasında uzun illərdir eyni teatrda işlədiyi və eyni səhnəni bölüşdüyü Novruz Qartalın səhhətinə laqeyd yanaşıb:
“Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?” – deyə bildirib.
Mövzu ilə bağlı azxeber-in əməkdaşı Xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb, sosial şəbəkələrdə haqqında yazılan iddialara cavab axtarıb.
Xalq artisti isə dediyi fikirlərin üzərində qaldığını bildirib:
“Mən bu suala cavab vermişəm. Bütün cavablarım yayımlanıb. Bu mövzuda məni narahat etməyin” deyib.
Xalq artistinin bu iddialarına qarşı sayt Novruz Qartalın həyat yoldaşı ilə də əlaqə saxlayıb.
Zərqələm Əliyeva “Afaq Bəşirqızı ilə Novruz Qartal arasında hansısa bir münaqişə olubmu? sualına “xeyir” cavabını verib və əlavə edib:
“Novruz qadın həmkarları ilə heç vaxt mübahisə belə etməzdi. Öz işini görən, illərdir bu sənətdə olan adamdır. Afaq Bəşirqızı niyə elə deyib, bilmirəm. Amma insanlar onun bu çıxışına cavab verirlər. Mən də başım açılsın, daha geniş danışacam” deyə cavab verib.
Z.Əliyeva mətbuat nümayəndələrinə aktyorla maraqlandıqları üçün təşəkkür edib: “Özünüz də gəlib çəkə bilərsiniz. Kirayədə yaşayırıq. Vəziyyətimiz çox ağırdır. Onun özünün bu gün real xəstəliyi ilə bağlı məlumatı yoxdur. Allah böyükdür! Aktyor yoldaşları, teatrdakı işçilər tez-tez gəlirlər”
Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir.
Rəhmətliyin oğlu bu nə təxəllüsü götürmüsən? Karateçisən, kinboksinçisən və ya vuruşan birisən ki? Aktyor, həm də komik aktyor hara, qartal hara?! Di yaxşı bir qələt di eləyib götürmüşəm onda qartal ol də ba. İndi sən nətər qartalsan ki, Afaqın qarşısında sərçəyə dönmüsən, sənin yerinə başqaları cavab verir. Yox duxun çatmır Afaqa cavab verəsən (əminəm ki,elə belədir ki, var) onda təxəllüsünü dəyiş sərçə, sıgırçın, şanapipik, agacdələn və sair birini qoy. Civ- cib də qoya bilərsən.. Day Qartal yox da…
Əlqərəz qartalın adını biabır elədin kifayətdir. Qartallar eşidib eləyər gəlib səni çarpayıdan dimdiklərinə alıb qaldırırlar göyün yeddinci qatınavə ordan da buraxarlar təpəsi aşağı.. Düzdü yerə enərkən anidən də olsa özünü Qartal səmada süzən kimi hiss edəcəksən amma bu ani olacaq. Sonra sənin eşidə bilməyəcəyin bir tarrapp səsi gələcək ki bu da olacaq “komediyanın” faciəvi sonu…