AFFA oyunları təxirə saldıbackend

AFFA oyunları təxirə saldı

AFFA aşağı yaş qrupları üzrə daha bir neçə liqada keçiriləcək oyunları təxirə salıb.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Beləliklə, AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, daha öncə həmin səbəblə bağlı bütün zonalar üzrə 22 və 23 fevral tarixlərində keçirilməsi planlaşdırılan U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları da təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*