AFFA Tovuz klubuna xəbərdarlıq etdibackend

AFFA Tovuz klubuna xəbərdarlıq etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

KONKRET.az xəbər verir ki, iclasda “Turan Tovuz” klubunun ötən gün yaydığı etiraz bəyanatı ilə bağlı qərar qəbul edilib.

“Turan Tovuz” AFFA və PFL-in imicinə zərər vuran əsassız bəyanat verdiyinə görə kluba xəbərdarlıq edilməsinə qərar verilib.

Klub ötən gün Misli Premyer Liqasının 24-cü turunda səfərdə “Şamaxı” ilə qarşılaşıb. Görüşdən əvvəl klub oyunun “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanmamasına və oyunda VAR hakiminin olmamasına görə etiraz bəyanatı yayılıb. Bölgə təmsilçisi oyunun təxirə salınmasını istəyib və matçın şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğunu qeyd edib. AFFA və PFL isə “Turan Tovuz”a cavab olaraq bəyanatlar yayıblar.

Şamaxı şəhər stadionunun meydanının təmizlənmiş və oyuna hazır vəziyyətdə olduğuna görə görüş təxirə salınmayıb. Matçda “Turan Tovuz” 0:1 hesabı ilə qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*