AĞ EV-in səbri tükəndi: Rusiya-İran əməkdaşlığı cavabsız qalmayacaqbackend

AĞ EV-in səbri tükəndi: Rusiya-İran əməkdaşlığı cavabsız qalmayacaq

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan israilli həmkarı Tzaçi Xanegbi və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə Vaşinqtonda keçirdiyi görüşdə Rusiya-İran hərbi əməkdaşlığı və Ukraynaya yardım məsələlərini müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Xəbərdə deyilir ki, “Sallivan onlarla Rusiyanın İranla hərbi əlaqələrinin dərinləşməsi ilə bağlı ümumi narahatlığı və Ukraynanı dəstəkləməyin vacibliyini müzakirə edib”.

Tərəflər həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İsraillə koordinasiyanın gücləndirilməsi, Tehran və onun tərəfdarlarının təhdidlərinə qarşı mübarizə məsələlərinə də toxunublar.

Ağ Ev qeyd edib ki, Sallivan ABŞ administrasiyasının bütün Yaxın Şərqdə İsrailin təhlükəsizliyini və iqtisadi inteqrasiyasını daha da gücləndirmək məqsədini bir daha təsdiqləyib. Siyasi şərhçilər belə hesab edir ki, bu görüş ABŞ-ın İrana qarşı səbrinin tükəndiyinə işarədir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*