ABŞ-ın nüfuzlu CBS News media orqanı Ağ Evin Ukraynanın Rusiya hərbi aerodromlarına planlaşdırdığı hücum barədə əvvəlcədən xəbərdar olmadığını yazır.
KONKRET.az xəbər verir ki, Məlumata görə, Donald Tramp administrasiyasının nümayəndələri baş verənlərlə bağlı şərh verməkdən imtina ediblər.
Qeyd edək ki, daha öncə Axios nəşri adının açıqlanmasını istəməyən ukraynalı rəsmi mənbəyə istinadən yazmışdı ki, Kiyev bu hücum barədə Trampın komandası ilə əvvəlcədən məlumat bölüşüb.
Hazırda məsələ beynəlxalq diqqət mərkəzindədir, Vaşinqtonun bu cür hücumlardan xəbərsiz qalması ABŞ-Ukrayna koordinasiyası ilə bağlı suallar doğurur.
Natiq Səlim,
KONKRET.az