Ağ Evin mətbuat katibi Karolayn Levit bəyan edib ki, Prezident Donald Tramp dünya tarixində heç bir liderin edə bilmədiyini bacarıb:
“Prezident Tramp İran rejiminin nüvə proqramını məhv etdi və İsraillə İran arasında misilsiz atəşkəsə nail oldu. Bu, həqiqətən də heyrətamizdir!”
KONKRET.az xəbər verir ki, bu arada, Donald Tramp özü NBC telekanalına verdiyi müsahibədə bu tarixi uğuru belə şərh edib:
“Bu, Amerika üçün böyük gündür, Yaxın Şərq üçün böyük gündür. Tapşırığımı yerinə yetirə bildiyim üçün sevinirəm. Bu atəşkəs əbədi davam edəcək.”
Günel Mikayılova,
KONKRET.az