Bu gün Vaşinqtonda Azərbaycandan olan ictimaiyyət nümayəndələri 28 May – Respublika Günü münasibətilə tədbir keçiriblər.
KONKRET.az xəbər verir ki, demokrat.az internet xəbər portalının baş redaktoru Vasif Həsənli və “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri, “Önder.tv” internet televiziyasının rəhbəri Ramil Əliyev 28 May – Respublika Günü münasibətilə Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Həmçinin, tədbirdə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.