Xalq artisti Ağadadaş Ağayevin insident törətməsi barədə xəbər vermişdik.
Məlumata görə, Ağadadaş Ağayev də qarşılıqlı ittiham qaydasında əks tərəfdən şikayət verib.
KONKRET.az xəbər verir ki,o, şikayətində döyüldüyünü bildirib. Hazırda polis hər iki tərəfin şikayətləri əsasında araşdırmaları davam etdirir.
Xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, Xalq artistinin xəstəxanaya hücum etməsini əks etdirən görüntülər yayılıb. Həmin görüntülərdə də onun döyüldüyü əks olunub. Lent.az