Ağcabədidə avtomat satan paytaxt sakinləri tutuldubackend

Ağcabədidə avtomat satan paytaxt sakinləri tutuldu

Ağcabədi Rayon Polis Şöbəsi silah satışı ilə əlaqədər əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev bir ədəd “AK-74” markalı avtomat silahı, bir ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*