AzTV-də yayımlanan “Həftə” verilişində Xocalıda yaşanan dəhşətlərin şahidi olan şəxslər danışıb.
KONKRET.az bildirir ki, Xocalı sakinlərinin ümid yeri olan Ağdam məscidinin axundu yaşanan həmin dəhşətli gündən tükürpədici faktları açıqlayıb.
O, 4800 şəhidi öz əli son mənzilə yola salması və 130 nəfərin cəsədinin şəkillərini çəkməsindən danışıb. Axund bunu həmin şəxslərin yaxınlarının nə zamansa onları axtarıb tapmasına kömək olacağı üçün edib.
Eyni zamanda reportajda 5 yaşlı Xocalıdan olan qız da xatırlanıb. Onun kim olduğu hələ də məlum deyil.