Ağdamda 3 şəhidimizin məzarı tapıldı – FOTObackend

Ağdamda 3 şəhidimizin məzarı tapıldı - FOTO

Ağdam rayonunun Şıxbabalı kəndində üç şəhidimizin məzarı tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə kənd sakini Rey Kərimoğlu məlumat verib. Qarabağ qazisi bildirib ki, kəndin qəbiristanlığı işğal dövründə dağıdılıb:

“Bu gün Ağdam rayonunun Şıxbabalı kənd qəbiristanlığında dəfn edilmiş üç şəhidimizin yeri müəyyənləşdirilib və üzərində şəkildə göründüyü kimi belə bir işarələr qoyulub. Şəhidlərimiz Müşfiq Rəhimov, Mübariz Əliyev və Habil Əliyevdir. Ruhları şad olsun!

Hər üçü 1992-ci illərdə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olublar və kənd qəbiristanlığında dəfn olunublar”.

Qarabağ qazisi Rey Kərimoğlu qeyd edib ki, Şıxbabalı kəndinin 11 şəhidi və xeyli sayda qazisi var. Kənd Ağdamın işğalından 7-10 gün əvvəl, 1993-cü ilin iyul ayında işğal edilib. 2022-ci ilin noyabr ayında – 44 günlük müharibə nəticəsində Ağdam rayonu düşməndən azad olunanda, Şıxbabalı kəndi də azad edilib. Qaziler.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*