Ağdamda yol qəzası oldu, ölən və xəsarət alanlar varbackend

Ağdamda yol qəzası oldu, ölən və xəsarət alanlar var

Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib

Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetməni itərərək aşıb.

Nəticədə İlyas Allahyar oğlu Allahverənov hadisə yerində ölüb. Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Zakir oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Arzu oğlu Əmənov və 1991-ci il təvəllüdlü Amik Rafiq oğlu Cəfərov ağır xəsarət alaraq təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*