Ağdaşda narkotik satan keçmiş məhkum saxlanıldıbackend

Ağdaşda narkotik satan keçmiş məhkum saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Yuxarı Ləki kənd sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Əhmədiyə Qafarov tutularaq istintaqa təqdim edilib.

Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Ə.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*