Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə 7 nəfər saxlanıldıbackend

Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə 7 nəfər saxlanıldı

Ağdaşda xırdabuynuzlu heyvanların örüş sahəsindən naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 34 yaşlı Elcan Musayev və 29 yaşlı Araz Mansırov saxlanılıb.

Onlar oğurladıqları heyvanları Bakı şəhərinə apararaq orada restoranlardan birinə satdıqlarını bildiriblər. Araşdırmalarla E.Musayevin Gədəbəy rayonunda törətdiyi analoji əməlinə görə axtarışda olduğu müəyyən edilib.

Polis əməkdaşlarının rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar nəticəsində isə 5 nəfər – Aqşin Əzizov, Hafiz Paşayev, Namiq Abidov, Tərlan Mikayılov və Müşviq İbrahimov saxlanılıb. Onlardan çəkisi 2 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*