Ağdərənin bu kəndlərinə də köç başlayırbackend

Ağdərənin bu kəndlərinə də köç başlayır

Ermənistanın işğalından azad olunan Ağdərə rayonunun daha iki kəndinə köç başlayır.

KONKRET.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hər iki yaşayış məntəqəsinə qayıdacaq ailələr arasında püşkatma keçirilib.

Sakinlər yaxın günlərdə rayonun Vəng və Kolatağ kəndlərinə yola salınacaqlar.

Ağdərə işğaldan azad edildikdən sonra tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir.

Şəhərdə və kəndlərdə sakinlərin daimi yaşayışı üçün hər cür şərait yaradılıb və lazımi infrastruktur quraşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*