Şirvanda ata ilə oğul boğuldubackend

Şirvanda ata ilə oğul boğuldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

23:35 (01.08.2025)

Baş Şirvan kollektorunda iki nəfər boğulub.

KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*