Agentlik sədri qudasına VƏZİFƏ VERDİbackend

Agentlik sədri qudasına VƏZİFƏ VERDİ

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.

KONKRET.az-ın məlumatına görə, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır. (Manset.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*