Sumqayıtda 86 yaşlı şəxsin meyiti mənzildə tapılıb.
Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1934-cü il təvəllüdlü Siderenko Georgiy Fyodoroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.