Aİ-dən Azərbaycana: “Problemlərinizi heç kim sizin yerinizə həll etməyəcək”backend

Aİ-dən Azərbaycana: “Problemlərinizi heç kim sizin yerinizə həll etməyəcək”

“Azərbaycan və Ermənistan özləri həll yolu tapmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə mətbuat katibi Piter Stano bildirib.

“Heç kim sizin üçün problemi həll edə bilməz. Heç kim sizi məcbur edə bilməz. Bizim hamımız, beynəlxalq ictimaiyyət ancaq kömək edə bilər.

Məhz buna görə də biz bütün mövcud problemlərin həlli üçün Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə dəstək verməkdə fəal iştirak edirik. Avropa Şurasının prezidenti Çarlz Mişel Ali Nümayəndə Cozep Borrel və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın dəstəyi ilə bu işdə fəal iştirak edir. Biz artıq bunu edirik, hər iki tərəflə ikitərəfli işləyirik”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*