“Aİ-dən Ermənistana ixrac edilən mallar Rusiyada “yoxa çıxdı” – Financial Timesbackend

"Aİ-dən Ermənistana ixrac edilən mallar Rusiyada "yoxa çıxdı" - Financial Times

Aİ-dən Ermənistana ixrac edilən mallar Rusiyada “yoxa çıxıb”.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” xəbər verir.

Avropa İttifaqından Ermənistan, Qazaxıstan və Qırğızıstana çatmalı olan 1 milyard dollardan çox mal Rusiyadan keçərkən müəmmalı şəkildə “yoxa çıxıb”.

Avropa İttifaqı malların sadəcə olaraq Rusiyada qaldığından şübhələnir, çünki onlar əsasən ikili təyinatlı, yəni hərbi sənaye müəssisələrinin istifadə edə biləcəyi mallardır.

Bildirilir ki, təyyarə hissələri, qaz turbinləri, optik avadanlıq və digər mallar Qırğızıstan, Ermənistan və Qazaxıstana çatmalı idi, lakin heç vaxt alıcılara çatmayıb.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa İttifaqı ölkələrindən tranzit bəhanəsi ilə başqa ölkələrə 2 milyard dollarlıq mal gətirilib. Bunun da demək olar ki, yarısı təyinat yerinə çatmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*