Avropa İttifaqının prezideni və baş nazirlər Kopenhagendə qapalı müzakirələr üçün toplaşıb. Sammitdə PUA-lar, döyüş təyyarələri və hibrid hücumları əsas müzakirə mövzusu olub. Lakin görüş bir növ dalana dirənib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat yayan rəsmilər bildirib ki, liderlər müdafiə məsələlərini çox müzakirə ediblər və nəzərdə tutulan 2 saatlıq görüş müddətini iki dəfə aşıblar.
Bununla belə, sammitdən yalnız qismən nəticələr çıxıb, əsas məsələlərin əksəriyyəti isə hələ də cavabsız qalıb.
Qeyd olunur ki, oktyabrın 1-də Kopenhagendə keçirilən Aİ-nin qeyri-rəsmi sammitindən sonra, Danimarkanın paytaxtında Avropa Siyasi Birliyinin iclası baş tutacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az