Aİ miqrantlara qarşı sərhəddə nəzarəti GÜCLƏNDİRİRbackend

Aİ miqrantlara qarşı sərhəddə nəzarəti GÜCLƏNDİRİR

Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber qeyri-qanuni miqrasiya ilə mübarizədə qətiyyətli addım atmağa, Aİ-nin sərhədlərində maneələrin qurulmasına çağırıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Funke” nəşrinə müsahibəsində bildirib.

“Aİ dövlətləri indi hərəkətə keçməsələr, yeni miqrasiya böhranı ilə üzləşəcəklər. Bu böyük problem ciddi qəbul edilməlidir”, – Veber deyib.

Onun sözlərinə görə, istər dəniz, istərsə də quru yolu ilə sərhədlərdə nəzarət gücləndirilməlidir.

Qeyd edək ki, bu ilin ilk 11 ayında Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (“Frontex”) Aİ-yə 308 minə yaxın qanunsuz giriş cəhdini qeydə alıb. Bildirilib ki, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 68% çoxdur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*