Aİ-nin sanksiyaları: Belarusun 3 böyük bankı SWIFT-dən ÇIXDI – ÖZƏLbackend

Aİ-nin sanksiyaları: Belarusun 3 böyük bankı SWIFT-dən ÇIXDI - ÖZƏL

“Avropa İttifaqının sanksiyalarına məruz qalan üç böyük Belarus bankı SWIFT sistemindən ayrılıb”.

KONKRET.az Naviny.by-a istinadən xəbər verir ki, bunlar “Belagroprombank”, “Belarus İnkişaf Bankı” və “Dabrabyt” bankıdır.

Məlumata görə, martın 20-dən etibarən Aİ-də “Belagroprombank”ın bank kartları ilə ödəniş etmək mümkünsüz olub.

Qeyd edək ki, martın 10-da “Belagroprombank” “Banklararası Maliyyə Telekommunikasiyalar Birliyi ilə müvəqqəti əlaqənin kəsilməsinə baxmayaraq, bankın həmişəki kimi fəaliyyət göstərəcəyini,  martın 11-də isə “Belarus İnkişaf Bankı” SWIFT-lə əlaqənin kəsilməsinin müvəqqəti olacağını bildirmişdilər.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*