Aİ Rusiya üçün hazırladığı beş sanksiya paketindən ilk qadağanı BU TARİXDƏN REALLAŞDIRACAQbackend

Aİ Rusiya üçün hazırladığı beş sanksiya paketindən ilk qadağanı BU TARİXDƏN REALLAŞDIRACAQ

Avropa İttifaqı avqustun ortalarından etibarən tam qüvvəyə minəcək Rusiya kömürünün idxalına qadağanı bu gün təsdiqləməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qurumdakı mənbədən agentliyə bildirilib ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı gündən Avropa İttifaqının Rusiyadan hər hansı enerji idxalına ilk qadağası olacaq.

Məlumata görə qadağanın tətbiqinə ilk iyuldan başlanılacağı qərarlaşdırılsa da, Almaniyanın təzyiqi ilə bir ay ertələnib və avqust ayına salınıb.

Qeyd edək ki, Aİ Rusiyanın Ukraynadakı müharibəni dayandırması üçün 5 sanksiya paketi hazırlayıb. Kömür idxalına qadağa bir neçə gün bundan əvvəl elan edilmiş beşinci sanksiya paketinə daxildir. Neft və qaz idxalına qadağa qoyulması isə hələ ki planlaşdırılmır.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 43-cü günüdür.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*