Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən enerji sanksiyalarını gücləndirmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, Aİ Komissiyasının iqtisadiyyat üzrə üzvü Valdis Dombrovskis bildirib ki, yaxın günlərdə G7 ölkələrinə Rusiyadan alınan neftin tavan qiymətinin 60 dollardan 50 dollara endirilməsi təklif olunacaq.
Dombrovskis tavan qiymətdəki dəyişiklik barədə konkret rəqəm açıqlamasa da, Reuters agentliyinin mənbələrinə görə, bu, 10 dollarlıq endirim deməkdir.
Yeni qiymət məhdudiyyətinin Avropa İttifaqının növbəti sanksiya paketinə daxil ediləcəyi gözlənilir.
Natiq Səlim,
KONKRET.az